Qurd

Qurd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Qursalı (Arcahovit) kəndindən şərqdə yerləşir.

Toponim “qurd” (canavar) heyvan adı əsasında formalaşmışdır.