Qurbankəsilən

Qurbankəsilən – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Qoytul kəndinin yaxınlığında yerləşirdi.

Kənddə 1873-cü ildə 163 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 325 nəfər, 1904-cü ildə 427 nəfər, 1914-cü ildə 470 nəfər, 1916-cı ildə 417 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar öz evlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 48 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə onlar yenidən ata-baba yurdlarından qovulmuş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır..

Toponim dini mənada işlənən “qurban” sözü ilə “kəsilən” feili sifətinin birləşməsindən əmələ gəlmişdir.