Qurbağalı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adları “Qurbakali”, “Qurbağalı ulya” olmuşdur.
Kənddə 1873-cü ildə 118 nəfər, 1886-cı ildə 185 nəfər, 1897-ci ildə 332 nəfər, 1904-cü ildə 203 nəfər, 1914-cü ildə 415 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qurbağalı nəsil adı əsasında yaranmışdır.