Qozlu

Qozlu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində işlənən “qoz” bitki adına “-lu” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.