Qoturbulaq

Qoturbulaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 79 km şimal-şərqdə, dəniz səviyyəsindən 1740 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd “Qoturbulaq” adlandırılmışdır. Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir.

Kəndin adı dəyişdirilərək “Ttucur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 45°18′ ş. u.