Qoşakaha

Qoşakaha – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Ağudi (Aquti) kəndində yerləşir.

Toponim “cüt” mənası bildirən “qoşa” sözü ilə “mağara” mənasında işlənən “kaha” sözlərinin birləşməsindən əmələ gəlmişdir.