Qoşabulaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qarakilsə kəndindən 22-24 km şimal-qərbdə, Bazarçay kəndinin yaxınlığında, Bazarçay çayının sağ tərəfində yerləşirdi. Kənd XX əsrin əvvəllərində ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində “cüt, yanaşı, iki” mənasında işlənən “qoşa” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.