Qonaxgörməz

Qonaxgörməz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim qədim türk dilində “istirahət yeri, dayanacaq” mənasında işlənən “qonaq” sözü ilə “görməz” sözünün birləşməsindən əmələ gəlmişdir.