Qonaqqıran

Qonaqqıran – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km şimal-şərqdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qonaqqıran” kimi, Qafqazın beşverstlik xəritəsində “Qonax Qran” formasında qeydə alınmışdır.

Toponim qədim türk dilində “dayanacaq”, “istirahət yeri” mənasında işlənən “qonaq” sözü ilə, “düşərgə”, “maldarların müvəqqəti dayanacaq yeri” mənasında işlənən “kuren”//”kran” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şirak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 43°55′ ş. u.