Qolqat

Qolqat – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində göl.

Hidronim türk dilində “dərə, vadi” mənasında işlənən “qol” və “bataqlıq” mənasında işlənən “qat” sözlərindən əmələ gəlmişdir.