Qızqala

Qızqala – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Ellər (Kotayk, Abovyan) yaşayış məntəqəsindən 26 km şimal-şərqdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qızqala” kimi, Qafqazın beşverstlik xəritəsində “Qızqalası kurqan” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 149 nəfər, 1886-cı ildə 210 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 297 nəfər, 1914-cü ildə 345 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənddə 1922-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır. 1923–1925-ci illərdə onlar da kənddən qovulmuşlar. Kənd 1960-cı illərdə ləğv edilmişdir.

Toponim oğuz etnoniminin fonetik forması olan “qız” (ğuz→ğız) tayfa adı ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir