Qızqala

Qızqala – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 2 km cənub-şərqdə, dəniz səviyyəsindən 1470 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Qızqala” kimi qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim ərəb dilində oğuz etnonimini əks etdirən “qız” (ğuz→qız), etnonimi ilə “qala” sözünün birləşməsindən əmələ gəlib “oğuz qalası yanında olan kənd” mənasını verir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 44°20′ ş. u.