Qızılqaya – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.
Toponim Azərbaycan dilində “qırmızı” mənasında işlənən “qızıl” sözü ilə “dağ” mənasında işlənən “qaya” sözünün birləşməsindən əmələ gəlmişdir.