Qızılqaya

Qızılqaya – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, indi Sünik vilayətinin Ağudi (Aquti) kəndi ərazisində dağ.

Toponim “qırmızı” mənasında işlənən “qızıl” sözü ilə “dağ” mənasında işlənən “qaya” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.