Qısırdağ – Zəngəzur dağ silsiləsində, keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Hündürlüyü 2987 m-dir.
Toponim Azərbaycan dilində “meşəsiz, otsuz, bitkisiz” mənasında işlənən “qısır” (yəni “quru”) sözü ilə “dağ” sözü əsasında formalaşmışdır.