Qısırdağ – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Toponim Azərbaycan dilində “bitkisiz, otsuz” mənasında işlənən “qısır” sözü ilə “dağ” sözü əsasında formalaşmışdır.