Qisar Xalac

Qisar Xalac – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır. Kəndin xarabalıqları indiki Xələc kəndinin ərazisindədir.

Türk dilində “düzənlikdə qala, möhkəmləndirilmiş şəhər” mənasında işlənən “qisar” (hisar) sözü ilə xalac türk tayfa adı əsasında yaranmışdır.