Qırqalası – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.
Toponim türk dilində “çöl, dağ qılıcı, kənar, sərhəd, hüdud” mənasında işlənən “qır” (kir) sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlib “dağ qılıcının kənarında yerləşən qala” mənasını bildirir.