Qırmızıdaş

Qırmızıdaş – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Cücəkənd (Cunaşoğ) kəndinin ərazisində yerləşir.

Toponim rəng bildirən “qırmızı” sözü ilə Azərbaycan dilində “dağ”, “qaya” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir.