Qırğılı

Qırğılı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzası yaradıldıqdan sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Mənbələrdə 1914-cü ilə burada 191 nəfər azərbaycanlının yaşadığı da göstərilmişdir. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonra bura ermənilər köçürülərək yerləşdirilmişdir. Kənd sonralar ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “qırğılı” (qırğlı) türk etnonimi əsasında yaranmışdır.