Qıllıçarıq

Qıllıçarıq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırkı Tavuş vilayəti ərazisində mövcud olmuş kənd. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. İndi xaraba kənddir.

Toponim oğuz tayfalarından biri olan “çarıq” etnonimi əsasında formalaşmışdır.