Qazangöl

Qazangöl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində göl. Qazangöl dağında, Acıbac kəndindən 20 km şimalda yerləşir. Sahəsi 0,18 km², dərinliyi 10 metrdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Hidronim bulqarların “qazan” (kazan) etnonimi ilə “göl” sözünün birləşməsindən əmələ gəlmişdir.