Qazandüşən

Qazandüşən – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd (Dprabak) kəndi ilə Dilican şəhəri arasındakı ərazidə yerləşirdi.

1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim qazan türk etnoniminə “düşən” feili sifətinin artırılması yolu ilə düzəlmişdir.