Qatar

Qatar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır.

Kənddə 1831-ci ildə 12 nəfər, 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 250 nəfər, 1904-cü ildə 380 nəfər, 1914-cü ildə 139 nəfər azərbaycanlı, 1916-cı ildə 5124 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1906-cı ilin iyulunda erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistandan sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdilər. XX əsrin əvvəllərində kənd Qafan şəhəri ilə birləşdirilərək ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “zəncirvari qaya, təpə”, mənasında işlənən “qatar” sözü əsasında əmələ gələn orotoponimdir.