Qasıməli

Qasıməli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 24 km cənub-şərqdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qasımkənd”, Qafqazın beşverstlik xəritəsində “Qasıməli kəndi” formasında qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülərək məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim Qasıməli şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 44°00′ ş. u.