Qarqar

Qarqar (Qerqer) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonu, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim yunan tarixçisi Strabonun “Coğrafiya” əsərində adı çəkilən “qarqar” etnonimi əsasında əmələ gəlmişdir. Qarqarlar isə ən qədim türk tayfalarından biridir. Qarqar tayfasının adı “qerqer”, “herher”, “xarxar” formalarında mənbələrdə qeyd edilir.