Qarğavəng – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Dəniz səviyyəsindən 1583 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 182 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə kütləvi qığınlar törətmişdir. Sonra İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir.
Toponim “qarğa” türk etnoniminə məbəd mənasında işlənən “vəng” sözünün birləşməsindən əmələ gəlmişdir.
Kəndin adı sonradan dəyişdirilərək “Zoravan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°31′ ş. u.