Qaratorpaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətin ərazisindəki Kolanlı kəndinin yaxınlığında, Cığın dərəsində, Qaratorpaq çayının sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 138 nəfər, 1886-cı ildə 15 nəfər, 1931-ci ildə 64 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.
Toponim rəng mənasında işlənən “qara” sözü ilə “torpaq” sözünün birləşməsindən əmələ gəlmişdir.