Qaratəpə

Qaratəpə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, indiki Artaşat vilayətinin ərazisində mövcud olmuş kənd. Ağhəmzəli (Marmaraşen) kəndinin yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 45 nəfər, 1873-cü ildə 49 nəfər, 1886-cı ildə 32 nəfər, 1897-ci ildə 32 nəfər, 1908-ci ildə 59 nəfər, 1914-cü ildə 89 nəfər, 1916-cı ildə 30 nəfər, 1919-cu ildə isə 38 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. Sonradan kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim türk dilində “böyük, geniş, hündür, şiş, uca” mənasında işlənən “qara” sözü ilə Azərbaycan dilində “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.