Qarasu – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Yel dağının ətəyində, Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu ildə Allahverdi (Tumanyan) rayonunun tərkibində olmuşdur.
1926-cı ildə burada 14 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.
Toponim “ağır, aşağı keyfiyyətli, içməyə yararlı olmayan” mənasında işlənən “qara” sözündən və su hidronimindən ibarətdir.