Qarasaqqal

Qarasaqqal – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Alçalı kəndinin yaxınlığında yerləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Hazırda xarabalıqdır.

Toponim “qarasaqqal” etnonimi əsasında düzəlmişdir.