Qaraqüzey

Qaraqüzey – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim qədim türk dilində “böyük, geniş” mənasında işlənən “qara” sözü ilə Azərbaycan dilində “gün düşməyən yer” mənasında işlənən “qüzey” sözünün birləşməsindən əmələ gəlmişdir.