Qaraquzey

Qaraquzey – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “böyük, hündür, yüksək, şiş” mənasında işlənən “qara” sözü ilə “şimal, gün düşməyən yer” mənasında işlənən “quzey” sözünün birləşməsindən əmələ gəlmişdir.