Qaraqayalı

Qaraqayalı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin adı erməni mənbələrində “Təzəkənd” formasında da göstərilir.

Kənddə 1897-ci ildə 55 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim Qaraqaya oroniminə “-lı” şəkilçisinin qoşulması yolu ilə nəsil adı əsasında əmələ gəlmişdir.