Qaraqaya

Qaraqaya – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim Azərbaycan dilində “böyük, hündür, yüksək, şiş” mənasında işlənən “qara” sözü ilə dağ mənasında işlənən “qaya” sözündən əmələ gəlmişdir.