Qaraqala

Qaraqala – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Dəniz səviyyəsindən 1710 m hündürlükdə yerləışir. Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilmış və Qaraqala adalandırılmışdır. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var.

Kənddə 1886-ci 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən deportasiya edilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra deportasiya olunmuş azərbaycanlılar öz kəndlərinə dönə bilmişdilər. 1922-ci ildə 266 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 175 nəfər, 1939-cu iidə 127 nəfər, 1959-cu ildə 192 nəfər, 1970-ci ildə 281 nəfər, 1979-cu ildə 240 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1988-ci ilin noyabr-dekabr aylarında tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim rəng bildirən “qara”sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlib “qara daşdan tikilmiş qalanın yanında olan kənd” mənasını ifadə edir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Noramut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°06′ şm. e., 44°07′ ş. u.