Qarapapaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin başqa adı “Seyidkənd” olmuşdur.
Kənddə 1831-ci ildə 130 nəfər, 1873-cü ildə 345 nəfər, 1886-cı ildə 346 nəfər, 1897-ci ildə 483 nəfər, 1904-cü ildə 410 nəfər, 1914-cü ildə 705 nəfə, 1916-cı ildə isə 382 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 99 nəfər, 1926-cı ildə 131 nəfər, 1931-ci ildə isə 118 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qazaxlar tayfasından olan “qarapapaqlar” etnonimindən əmələ gəlmişdir.