Qaranqu

Qaranqu – keçmiş İrəvan quberniyasının qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində çay. Molla Göyçə (Maralik) kəndinin ərazisindən axır. Uzunluğu 38 km-dir. Mənbəyini Alagöz dağındakı Qara göldən və bulaqlardan alıb Araz çayına tökülür. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Hidronim M.Kaşğarinin “Divani-lüğət-it türk” əsərində “tutqun, çirkin, şübhəli” mənasında işlənən “qaranqu” sözü əsasında əmələ gəlmişdir. Çayın adı dəyişdirilərək əvvəlcə “Sevcur”, daha sonra “Metsamor” qoyulmuşdur.