Qaranlıqkaha

Qaranqkaha – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, indi Sünik vilayətinin Ağudi (Aquti) kəndi ərazisində dağ.

Toponim “işıqsız, zülmət, işıq düşməyən” mənasında işlənən “qaranlıq” sözü ilə “qayalıqda, dağda təbii və ya süni oyuq”, “mağara” mənasında işlənən “kaha” sözündən əmələ gəlmişdir.