Qaranlıq

Qaranlıq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 37 km cənub-şərqdə, dəniz səviyyəsindən 2060 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim “dağ, təpə” mənasında işlənən “qara” sözün məkan anlayışı bildirən “-lıq” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Düzəltmə orotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 iyul 1968-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Geğhovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.s

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 45°17′ ş. u.