Qaranəbi

Qaranəbi – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir. 1930-cu ildə Allahverdi (Tumanyan) rayonunun tərkibində olmuşdur.

1926-cı ildə burada 17 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə yaşayış məntəqəsi ləğv edilmişdir. Toponim “Qaranəbi” şəxs adı əsasında əmələ gəlmişdir.