Qaraməmməd

Qaraməmməd – keçmiş Qars vilayətinin Qars qəzasının Şörəyel nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilər 1877–1878-ci illər rus-türk müharibəsindən sonra kənddə yerləşmişlər. 1897-ci ildə kənddə 20 nəfər azərbaycanlı, 437 erməni yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə erməni silahlı birləşmələri tərəfindən tarixi vətənlərindən deportasiya olunmuşdur.

Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Meğraşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 43°42′ ş. u.