Qaraltəpə

Qaraltəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Qaral (Katnacur) kəndinin ərazisində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim qaralar türk tayfasının adını əks etdirən “qaral”, yəni “qara el” (böyük el) etnonimi ilə “kiçik, alçaq dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.