Qaralar – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı kəndinin Şor (Por) dərəsinin yaxınlığında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 49 nəfər, 1873-cü ildə 84 nəfər, 1886-cı ildə 101 nəfər, 1897-ci ildə 113 nəfər, 1904-cü ildə 108 nəfər, 1914-cü ildə 118 nəfər, 1916-cı ildə 148 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Elə həmin ildə də kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “qaralar” türk etnonimi əsasında əmələ gəlmişdir.