Qarakilsə

Qarakilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 8 km cənubda, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir. Kəndin başqa adı “Kiçik Qarakilsə” olmuşdur.

Burada tarixən azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1826–1828-ci illər Rusiya–İran müharibəsi nəticəsində kənddən qovulmuş və bura 1829–1830-cu illərdə Türkiyənin Qars və Ələşkirt vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişlər.

Yaşayış məntəqəsinin adı ərazidəki qıpçaq türklərinə məxsus qara rəngli kilsə adından götürülmüşdür.

Kəndin adı dəyişdirilərək “Azatan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°43′ şm. e.,. 43°49′ ş. u.