Qarakənd

Qarakənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Şəhərcik kəndinin şərqində, kənddən 3 km aralı yerləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Kənd XIX əsrin əvvəllərində ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində böyük mənasında işlənən “qara” sözünə “kənd” coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir.