Qaraisa – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 47 kmşimal-qərbdə yerləşir. 1937-ci ilə kimi keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-dən keçmiş Vorontsovka (Kalinino) rayonun tərkibinə daxil edilmişdir.
Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər, 1939-cu ildə 197 nəfər, 1959-cu ildə 107 nəfər, 1970-ci ildə 228 nəfər, 1979-cu ildə 173 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir. 1988-ci ilin axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim oğuzların üçox qoluna mənsub qaraisalı türk tayfasının adı əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Meğvahovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°07′ şm. e., 44°09′ ş. u.