Qaragüney

Qaragüney – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ.

Toponim böyük mənasında işlənən “qara” sözü ilə “gün düşən yer, gün tutan yer” mənasında işlənən “güney” sözünün birləşməsindən əmələ gəlmişdir.