Qaragüney – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Toxluca kəndinin şimal-şərqində yerləşir.
Toponim türk dilində “geniş, böyük” mənasında işlənən “qara” sözü ilə “dağın gün düşən tərəfi, cənub” mənasında işlənən “güney” sözünün birləşməsindən əmələ gəlmişdir.