Qaragöl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində göl. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Hidronim Azərbaycan dilində “keyfiyyətsiz, ağır, içməyə, istifadəyə yararsız” mənasında işlənən “qara” sözü ilə “göl” sözünün birləşməsindən əmələ gəlmişdir.